Goranboyda yol qəzası olub.
1xeber.media məlumatına görə hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhəri sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini,1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub. At hadisə yerində tələf olub.
Faktla bağlı araşdırma aparılır.