Azərbaycan Texnologiya Universitetinə prorektor təyinatı olub.
1xeber.media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.
O, 2024-cü ilin 9 sentyabrından ATU-da elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elm və innovasiya üzrə prorektor səlahiyyətlərini icra edib.
Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.