Ağstafa rayonunun Heydər Əliyev prospektində daha bir ağac məhv edilib.
1xeber.media xəbər verir ki, 32gun.az-a daxil olan görüntülərdə kökündən çıxarılmış və asfaltın üzərinə aşmış böyük diametrli bir ağac əks olunub.
Eyni zamanda ərazidə çəkilmiş son görüntülərdən tikinti üçün hasarlanmış sahə müşahidə olunur.
Sakinlər yaşıllığın bu şəkildə məhv edilməsindən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, illərlə böyüyən və şəhərə kölgə, oksigen verən ağacların biznes məqsədilə qurban verilməsi qəbuledilməzdir.
Ekoloqlar da hesab edirlər ki, şəhərsalma və tikinti işləri aparılarkən ağacların qorunması prioritet olmalıdır. Əks halda bu cür hallar ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.
Qeyd edək ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.
Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.