Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın müdafiə naziri Dauren Kosanov ilə görüş zamanı silahlı qüvvələrin döyüş potensialının artırılması ilə bağlı tapşırıqlar verib.
1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Kasım-Jomart Tokayev müdafiə nazirinin qarşısında silahlı qüvvələrin döyüş potensialının daha da artırılması ilə bağlı bir sıra vəzifələr qoyub.
Dövlət başçısı, həmçinin, hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi, hərbçilər arasında ölüm və xəsarətlərin qarşısının alınmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.