Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
1xeber.media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
***
Bakının Xətai rayonunda avtoservisdə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.