Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe prosessual fırıldaqçılıq və şahid rüşvətxorluğuna görə ev dustaqlığında çəkəcəyi 12 il həbs cəzasına məhkum edilib.
1xeber.media xəbər verir ki, Bu barədə Karakol radiostansiyası məlumat yayıb.
Keçmiş dövlət başçısının 2420,5 minimum əməkhaqqı məbləğində cərimə olunduğu, həmçinin 100 ay 20 gün müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edildiyi dəqiqləşdirilir. Eyni zamanda, Uribe keçmiş prokuror Hilda Niñonun işi ilə bağlı iki epizod üzrə bəraət qazanıb.
Eks-prezident cəzasını Antiokiya departamentinin Rioneqro şəhərində yaşadığı yerdə çəkəcək.
Bundan əvvəl Uribe etiraf edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kolumbiya hakimiyyətinə FARC üsyançı qruplaşmasının liderlərinin izinə düşməyə kömək edib.