“Mən Ramiz Mehdiyevin nə xeyir, nə də şər işinə heç zaman dəvət olunmamışam”.
Bunu sabiq təhsil naziri Misir Mərdanov “Astar TV”yə müsahibəsində PA sabiq rəhbəri, AMRA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışarkən deyib.
“Biz Ramiz Mehdiyevlə bir yerdə işləmişik. Amma özəl, ailəvi işlərində heç vaxt iştirak etməmişəm. O toy bizim bağdan 500 metr uzaqda olub, təxminən qonşuyuq. Toy Novxanıda olmuşdu. Əvvəla, Ramiz Mehdiyev məni toya çağırmazdı. Çağırsaydı belə, getməzdim”, – deyə M.Mərdanov bildirib.
Qeyd edək ki, 2020-ci il avqustun 18-də PA sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasim pandemiya zamanına təsadüf edib. Həmin vaxt toyların keçirilməsi ilə bağlı qadağalar var idi.