Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Yol Təchizat” MMC özüboşaldan yük avtomobillərinin satınalınması ilə bağlı tender keçirib.
Tenderin qalibi “IMPROTEX TRUCKS AND BUSES” MMC olub.
Şirkətlə 6 milyon 952 min 560 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki,araşdırma zamanı məlum olub ki, qalib şirkətin dövlətə 351 min 179 manat 3 qəpik vergi borcu var.
Bu isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər.
“IMPROTEX TRUCKS AND BUSES” MMC-nin nizamnamə kapitalı cəmi 220 manatdır. Şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayev Azər oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir.
Araşdırmamız zamanı məlumat olub ki, şirkət sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
Onun qanuni təmsilçisi olduğu “Improtex Motors” MMC də eyni hüquqi ünvanda qeydiyyatdadır.