Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov respublikadan Qəzza sakinlərinə humanitar yardımların göstərilməsi üzrə kurator təyin olunub.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Çeçenistanın Dini və İctimai Qurumlarla İş üzrə Departamenti öz teleqram kanalında yayıb.
Bildirilib ki, müvafiq qərar Fələstin sakinlərinə yardımın koordinasiyası ilə bağlı keçirilən görüşdə verilib.
Qeyd edək ki, A.Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına, eləcə də Əhməd Kadırov adına ordenə sahibdir. Bununla yanaşı, o, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.