"Mənim hansısa partiyada siyasi fəaliyyətim mümkünsüzdür".
Bunu Qaynarinfo-ya açıqlamasında fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Keçmiş sədrin sözlərinə görə, onların siyasi kursunun davamçılarının başqa bir partiyada fəaliyyəti mümkün deyil:
"Bizim siyasi kursumuz və yolumuz olub. Fəaliyyət dayandırılandan sonra partiyanın ofisindən də çıxdıq".
Əhməd Oruc partiya üzvlərinin heç bir başqa partiyaya qoşulmadığını da vurğulayıb:
"Ara-sıra partiya üzvləri ilə görüşüb dərdləşirik".
Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. 2024-cü ildə isə məhkəmə partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar çıxarıb.