Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
1xeber.media xəbər verir ki, bu barədə APA-ya nazirlikdən bildirilib.
Qeyd edək ki, bu gün İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.