Böyük Britaniya hökuməti İsrailin hücumunu genişləndirmək planları fonunda Qəzza zolağına əlavə humanitar yardım göstərdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 9-da Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Bloomberg agentliyi məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi fələstinliləri qida və su ilə təmin etmək üçün yaradılmış BMT fonduna əlavə olaraq 8,5 milyon funt sterlinq (11,4 milyon dollar) ayırıb.
"Qəzzada humanitar fəlakət davam edir və biz İsraili hərbi əməliyyatları genişləndirmək qərarından dönməyə çağırırıq", - agentlik Böyük Britaniyanın Beynəlxalq İnkişaf katibi Cenni Çapmandan sitat gətirir.