Avropa İttifaqı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda baş tutması planlaşdırılan görüşdən narahatdır.
1xeber.media xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa ölkələri növbəti dəfə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etməyəcək. Onlar Trampın Putinlə birləşib Zelenskini Kiyev üçün əlverişsiz bir razılaşma əldə etməyə məcbur edə biləcəyindən narahatdırlar.
Bundan əvvəl ABŞ prezidenti Vladimir Putinlə görüşünün avqustun 15-də Alyaskada baş tutacağını bəyan edib. Kreml də onun sözlərini təsdiqləyib.
Daha sonra Pentaqonun baş müşaviri Den Caldwell bildirib ki, Ukrayna və Aİ bu görüşü pozmaq istəyir və çalışacaq.