1xeber.media xəbər verir ki, Böyük Britaniyada nüvə başlıqları anbarını saxlayan obyektdən radioaktiv su sızıb.
Qəzet yazır: “Rəsmi məlumatlara görə, Britaniyanın nüvə bombalarının saxlandığı bazadan radioaktiv su köhnə borular dəfələrlə partladıqdan sonra dənizə sızıb”.
Bildirilir ki, radioaktiv material Kral Donanmasının bazadakı 1500 su borusu şəbəkəsinə xidmət göstərə bilmədiyi üçün Qlazqo yaxınlığındakı gölə atılıb.
Bundan əvvəl Kamçatka ərazisinin hakimiyyət orqanları “Aleksandr Nevski” sualtı qayığından radioaktiv materialların sızması ilə bağlı xəbərləri təkzib etmişdi.