ABŞ-ın Pitsburq şəhərinin cənub-şərqində yerləşən U.S. Steel zavodunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 12-də NBC NEWS məlumat yayıb.
Partlayışın bazar ertəsi səhər iki koks batareyası arasında baş verdiyi dəqiqləşdirilir. Telekanalın məlumatına görə, həkimlər on qurbandan beşini artıq evə buraxıblar. Daha beş nəfərin vəziyyəti ağır, lakin stabildir.
“Rəsmilər hadisə yerində müalicə alan digər zərərçəkənlərin də olduğunu bildirsələr də, onların dəqiq sayını açıqlamayıblar”, - məqalədə deyilir.