İsraildə yaşayan fəal diaspora üzvü, “Azİz” Beynəlxalq Assosiasiyanın vitse-prezidenti, “Dona Qrasiya Diplomatiya” Mərkəzinin sədri Səadət Şükürova İsrailov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1xeber.media məktubun mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti
Hörmətli cənab İlham Əliyev
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış Sülh Müqaviləsi xəbəri bütün xalqımızın qəlbində dərin sevinc və qürur hissləri doğurmuşdur. Bu tarixi sənəd, uzun illər ərzində xalqımızın gözlədiyi ədalətin bərqərar olmasının, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsinin parlaq təzahürüdür.
Sizin müdrik və qətiyyətli liderliyiniz nəticəsində əldə olunan bu böyük uğur, təkcə regionda dayanıqlı sülhün əsasını qoymur, həm də Azərbaycan xalqının beynəlxalq aləmdə haqq səsinin daha gur eşidilməsinə xidmət edir. Bu nailiyyət, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, gələcək nəsillərə qürur mənbəyi olacaqdır.
Xaricdə yaşayan bir azərbaycanlı kimi, Vətənimizin bu tarixi qələbəsini bütün varlığımla hiss edir və bu uğurun sevincini xalqımızla bölüşürəm. Biz – dünyanın hər yerində yaşayan həmvətənlərimiz – Azərbaycan dövlətinin gücünə, Prezidentimizin uzaqgörən siyasətinə və xalqımızın birliyinə güvənərək daha işıqlı gələcəyə inamla baxırıq.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı inkişaf və əbədi sülh arzulayıram.
Sonsuz hörmət və ehtiramla,
Səadət Şükürova İsrailov
İsraildə yaşayan fəal diaspora üzvü
“Azİz” Beynəlxalq Assosiasiyanın vitse-prezidenti
“Dona Qrasiya Diplomatiya” Mərkəzinin sədri