Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Yataq dəstlərinin satın alınması üzrə keçirilən tenderin qalibi bəlli olub.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalmanın qalibi "VEST SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında 285.560 AZN-lik müqavilənin bağlanması gözlənilir.
Tenderə əsasən 2 nəfərlik çarpayı üçün mələfə, 2 nəfərlik çarpayı üçün yorğan üzü, 2 nəfərlik çarpayı üçün balış üzü alınacaq.
Bildirək ki, Şirkətin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızı, nizamnamə kapitalı isə 20 manatdır.
Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.