Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşü Vladimir Zelenski üçün kabus olacaq.
1xeber.media xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.
“Zelenski Tramp və Putin arasında üzbəüz görüş konsepsiyasının özündən dəhşətə gəlir. Zelenskinin qorxuları, xüsusən də, Trampın mümkün güzəştləri ilə bağlıdır və həmçinin onun Ukraynanın “danışıqların birbaşa iştirakçısı olmalıdır” inamı ilə izah olunur.
Qəzet Trampın Putinlə olduğu kimi Zelenskiyə üzbəüz görüş imkanı vermədiyinə diqqət çəkir.
Eyni zamanda, Trampın Ukraynadan istənilən ərazi güzəştinə hazır olmasının Zelenski üçün fəlakət olacağını vurğulayır.