Pakistanda daşqınlar nəticəsində torpaq sürüşmələri baş verib.
1xeber.media xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 220 nəfər həlak olub.
Ölkənin şimal-qərbində xilasedicilər gecə boyu dağıntılar altından daha 63 nəfərin meyitini çıxarıblar.
Qeyd edək ki, Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.