Rusiya prezidenti ABŞ prezidenti Donald Trampla sammitdən sonra böyük qələbə qazanıb.
1xeber.media xəbər verir ki, bunu CNN-in jurnalisti Nik Peyton Uolş deyib.
"Putin böyük qələbə qazandı. Xüsusilə, Alyaskaya çatandan sonra qırmızı xalça görüşünün təsirli tamaşası və "Vəhşi" ləqəbli zirehli Cadillac One-da gəzinti. Bir çox ukraynalılar üçün bu, dəhşətli mənzərə idi", - jurnalist qeyd edib.
Avqustun 15-də Ankoricdə (Alyaska) Rusiya və ABŞ prezidentləri arasında danışıqlar baş tutub. Qeyd olunur ki, Rusiya lideri Ağ Ev rəhbərinin limuzininə minərək şəxsi avtomobili ilə xaricə səyahət ənənəsini pozub.
Rusiya prezidenti Trampın limuzinində yaxalanıb. Jurnalistlər iki ölkə başçılarının “The Beast” zirehli maşınına necə mindiklərini lentə almağa müvəffəq olublar. Şüşədən prezidentlərin necə danışdığını və gülümsədiyini görmək olar.