Slovakiya prezidenti Peter Pelleqrini Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçirilən görüşün əhəmiyyətini qiymətləndirərək, bunu Ukraynada sülhün bərqərar olması istiqamətində mühüm addım adlandırıb.
1xeber.media xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
Pelleqrini özünün Facebook səhifəsində yazıb ki, ötən sammit yeni danışıqlar üçün imkanlar açıb.
Donald Tramp bundan əvvəl Ankoricdəki görüşün nəticələrini şərh etmişdi. "Alyaskada böyük və çox uğurlu bir gün!" yazdı.
Tramp və Putin arasında Alyaskada görüş avqustun 15-də baş tutub.Ümumilikdə "üçdən üçə" formatında ən yüksək səviyyədə keçirilən sammit 2 saat 45 dəqiqə davam edib.