Prezidentlər Vladimir Putin və Donald Tramp arasında keçirilən sammit Ukraynadakı münaqişənin həlli yollarının axtarışına yeni təkan verib.
1xeber.media xəbər verir ki, Yeni mərhələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında açıqlayıb.
"Prezidentlər Tramp və Putin arasında Alyaskada keçirilən sammit Ukrayna böhranına son qoymağın yollarının axtarışına yeni təkan verdi", - dövlət başçısı qeyd edib.
Ərdoğan Ankaranın Rusiya-Amerika danışıqlarını alqışladığını vurğulayıb və həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçiriləcək bu yeni mərhələnin “davamlı sülhün əsasını qoyacağına” ümid etdiyini bildirib. O qeyd edib ki, Türkiyə münaqişənin həlli istiqamətində səylərə hər cür kömək etməyə hazırdır.
Daha əvvəl Putin Trampla danışıqları çox səmimi və mənalı adlandırmışdı. O əlavə edib ki, Amerika lideri ilə söhbət tərəfləri “düzgün qərarlara” yaxınlaşdırıb.