Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna lideri Vladimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi mənbəyə istinadən BFMTV telekanalına istinadən məlumat yayıb.
“Bir gün əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığında Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə Moskvada görüşməyi təklif edib”, – nəşr yazır.
Daha əvvəl Tramp Putin və Zelenskinin ən yaxşı dost olmadığını, lakin gözlənildiyindən də yaxşı anlaşdıqlarını bildirib.