Azərbaycan Beynəlxalq Bankı (ABB) – Pulumu mənimsəmisiniz?
Bu iddia ilə "Müştəriyəm,şikayətim var" adlı Facebook səhifəsində Alim Hüseynzadə adlı şikayətçi paylaşım edib.
1xeber.media paylaşımı olduğu kimi təqdim edir:
Şikayətim Azərbaycan Beynəlxalq Bankı (ABB)-dəndir.
Qısaca onu deyə bilərəm ki, bank *249 dollarımı mənimsəyib* və pulumun harada olduğu ilə bağlı *heç bir məlumat təqdim etmir.*
*10 iyul 2025-ci il* tarixində *DigiTransfer* vasitəsilə Türkiyədəki dostumun *Enpara Bankında olan avro hesabına **249 dollar (423.67 AZN)* pul köçürdüm və üstündən *40 gün keçməyinə baxmayaraq*, həmin hesaba pul yatmayıb.
*11 iyulda* banka zəng vasitəsilə müraciət etdim, *sorğu yaratdılar (sorğu nömrəsi 100332183).*
*15 iyulda* yenidən özüm zəng edib maraqlandım və məlum oldu ki, *əməliyyat uğurlu imiş, pulun aqibətini **qarşı tərəfdə olan bankdan soruşun*, dedilər.
Enpara Bankına onlayn müraciət etdik. Hətta 2 həftə sonra Türkiyədəki şöbəsinə yaxınlaşdıq.
Orada bizə bildirildi ki, *heç bir pul köçürməsi olmayıb. Əlavə olaraq dedilər ki, əgər köçürmə varsa, **qarşı tərəf bunu təsdiq edəcək sənəd və ya dekont versin.*
*21 iyulda* ABB ilə bu barədə yenidən əlaqə saxladıq, bildirdilər ki, *sənəd üçün mütləq filiala yaxınlaşmalısınız.*
Ümumi köçürmənin üstündən 1 ay keçəndən sonra, *11 avqustda ABB-nin Gənclik filialına* yaxınlaşdıq. 2 saat növbədə gözləyəndən sonra, əməkdaşlara yaranan problemi bildirdik və qarşı tərəfi ittiham edə bilməyimiz üçün bizə köçürmənin uğurlu olması ilə bağlı *rəsmi sənəd* vermələrini istədik.
Əməkdaşlar sanki ilk dəfə idi belə bir sualla qarşılaşırdılar. Yaşadıqları təəccüb hissi onları şok vəziyyətinə salmışdı. Aram-aram kompüterdə nəyisə yoxladılar, sonra fərqli şöbələrlə zəng vasitəsilə əlaqə saxladılar.
Biri dedi: “köçürməyə biz baxmırıq, başqa şöbə baxır.”
Biri dedi: “əməliyyat *pending* (gözləmədə) göstərir.”
Digəri dedi: “siz *50 dollar* ödəməlisiniz ki, biz araşdıraq pulun harada olduğunu.”
Bu bir dəfələri (və absurd cavabları) bitəndən sonra onlara dedim ki, *mənə bunlar maraqlı deyil, mənə pulum maraqlıdır – o 1 aydır haradadır?!*
Qayıdıb dedilər ki, biz *yenidən sorğu (sorğu nömrəsi 100366809)* yaratmalıyıq.
“Niyə sorğu yaratmalısınız?” deyə soruşduqda isə, bunun *bankın daxili proseduru* olduğunu bildirdilər.
Dedilər ki, sorğunun nəticəsi *3 iş günü* ərzində məlum olacaq və nəticəyə əsasən sizə *sənəd təqdim edib-etməyəcəyimizə qərar verib sizi məlumatlandıracağıq.*
Sonra *14 avqustda* özüm bankla yenidən zəng vasitəsilə əlaqə saxladım. Bildirildi ki, *əməliyyat uğurludur.*
Sanki başıma qaynar su tökdülər. Operatora deyirəm: “hansı əməliyyat?” Bildirir ki, *köçürmə əməliyyatı.*
Deyirəm axı mən ona görə ora yaxınlaşmamışam, mən *sənəd, dekont və ya arayış* üçün ora yaxınlaşmışam ki, onu qarşı tərəfə təqdim edib *pulumu onlardan tələb edim.*
Operator qayıdıb mənə deyir ki, *o barədə məlumatımız yoxdur.*
Deyirəm ki, bilmirəm bu duruma *ağlayım, ya gülüm, amma bankınız və əməkdaşlarınız mənimlə öz aləmlərində sadəcə **məzlənirlər.*
Deyir: “onda şikayət (CS-38605) qeydə alırıq sizin üçün, *15 iş günü* ərzində nəticəsi açıqlanacaq. Tez də ola bilər, gec də.”
Deyirəm: “Pulumun aqibəti bəlli olacaq?”
Deyir: “O barədə heç nə deyə bilmərəm.”
Deyirəm: “40 gündür gözləyirəm, 15 gün də niyə gözləməliyəm axı?!”
Deyir: “Prosedur belədir.”
Deyirəm: “Axı mənim şikayətim yoxdur, niyə şikayət qeydə alırsınız? Mən sadəcə *təsdiqedici sənəd* istəyirəm.”
Qısa olaraq aramızdakı danışıq bu şəkildədir:
*Adamlara deyirəm ki, Gənclikdən Yasamala necə gedə bilərəm?*
Mənə qayıdıb deyirlər ki, *Amerikaya getmək üçün əvvəl Aeroporta gedib təyyarəyə minməlisən.*
*"Hörmətli" ABB, əziyyət də olsa insanlara **insan kimi xidmət göstərin.*
Onların əsəb-sinir sistemini boş, mənasız, şablon cavablarınızla korlamayın.
Şöbə əməkdaşlarınız, sistem işçiləriniz hamısı bir-birindən fərqli işləyir. Eyni idarənin əməkdaşları fərqli vaxtlarda müştəriyə *fərqli cavablar* verir və bir əməkdaş digərinin dediyini *təkzib edir.*
Azərbaycan dilində *səlist anlama və qavrama qabiliyyəti zəif olan əməkdaşlarınızla bizi yormayın.*
Mən belə başa düşürəm ki, sizin *prosesləri bu qədər uzatmaq istəyiniz, problemin **özünüzdə olmasından* qaynaqlanır!
*50 gündür pulumdan xəbər yoxdur.*
*Pulumun aqibətini müəyyən edin: ya qaytarın, ya da sənəd təqdim edin!*