Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 547,1 milyon ABŞ dolları dəyərində 1,027 milyard ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
1xeber.media xəbər verir ki, bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,1 milyon ABŞ dolları və ya 8,4% azdır, həcm ifadəsində isə 85,9 milyon ton və ya 9,1% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Çexiyaya 597,2 milyon ABŞ dolları dəyərində 941,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdi.
Dövr ərzində Çexiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.