Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqının (Aİ) onlayn sammiti üçüncü dünya müharibəsi təhlükəsinin yalnız ABŞ lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü ilə azalda biləcəyini təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə o, avqustun 19-da öz Facebook hesabında yazıb.
“Təsdiqləndi ki, üçüncü dünya müharibəsi təhlükəsi ancaq Tramp və Putin arasında görüş sayəsində azaldıla bilər”, - postda deyilir.
Bundan əlavə, Orban yazıb ki, Rusiya və Ukraynanın cəbhə xəttində hərbi əməliyyatlar münaqişənin həllinə gətirib çıxara bilməz; yalnız diplomatik səylər böhrandan çıxış yolu ilə nəticələnə bilər.