Bərdə Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəliyi tərəfindən daxili yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
1xeber.media xəbər verir ki, müsabiqədə iştirak üçün tələb olunan minimum sayda – üçdən az təchizatçı təklif verib.
Bununla bağlı satınalmanın ləğv edilməsinə qərar verilib.
Müsabiqənin şərtlərinə əsasən, yalnız təklif və təminat təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçılar nəzərə alınır. Təkliflərin sayının qanunvericiliklə müəyyən edilmiş həddən az olması səbəbindən müsabiqə yekunlaşdırıla bilməyib.
Layihənin ehtimal olunan dəyəri 475 min 10 manat 18 qəpik olaraq göstərilmişdi.