Azərbaycan, ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə olunan sülh sazişindən sonra Vaşinqtonla münasibətlərini yeni mərhələyə çıxarmaq niyyətindədir.
1xeber.media xəbər verir ki, Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim Axios nəşrinə müsahibəsində bildirib ki, rəsmi Bakı bundan sonra milli təhlükəsizlik və texnologiyalar sahəsində daha sıx əməkdaşlığa can atır:
“Hökumət indi işçi qrupların yaradılması və münasibətlərin bütün istiqamətlərdə inkişaf etdirilməsi üzərində çalışacaq: iqtisadiyyat, energetika, müdafiə, siyasət, təhsil… Nə istəyirsiniz. Texnologiyalar, süni intellekt.”
Diplomatın sözlərinə görə, məqsəd təkcə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması deyil, həm də Azərbaycan–Amerika əlaqələrinin keyfiyyətcə yeni mərhələyə çıxarılmasıdır:
“Gəlin yeni səhifə açaq. Gəlin birgə işləyək və inkişaf etsin yalnız erməni-azərbaycan münasibətləri deyil, həm də Azərbaycan–Amerika münasibətləri.”
Səfir həmçinin ABŞ prezidenti Donald Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib və onun sülh prosesində rolunun əvəzsiz olduğunu vurğulayıb:
“Tramp 101% Nobel Sülh Mükafatına layiqdir. Çünki o, cəmi altı ay kimi çox qısa müddətdə başqalarının 30 ildən artıq müddətdə edə bilmədiyini reallaşdıra bildi.”
Beləliklə, Azərbaycan ABŞ ilə əməkdaşlığın yalnız diplomatik müstəvidə deyil, həm də strateji sahələrdə – texnologiyalar, süni intellekt, müdafiə və enerji təhlükəsizliyi istiqamətlərində dərinləşdiriləcəyini bəyan edi