İsrailin baş naziri Netanyahu Qəzza şəhərinin ələ keçirilməsi və Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək əməliyyatını təsdiqləmək üçün Qəzza zolağına gəlib.
1xeber.media xəbər verir ki, baş nazirin bəyanatı onun ofisinin rəsmi saytında dərc olunub.
“Biz indi qərar qəbul etmə mərhələsindəyik, ona görə də bu gün mən İsrail Müdafiə Qüvvələrinin mənə və müdafiə nazirinə Qəzza şəhərinə nəzarəti ələ keçirmək və HƏMAS-ı tamamilə məğlub etmək planlarını təsdiqləmək üçün Qəzza zolağına gəldim”, - deyə siyasətçi vurğulayıb.
Netanyahu əlavə edib ki, o, bütün girovları azad etmək və “İsrail üçün məqbul şərtlərlə” münaqişəyə son qoymaq üçün təcili danışıqlara göstəriş verib.
Bundan əvvəl Netanyahu HƏMAS-ın məğlubiyyətini sürətləndirmək üçün Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatının müddətinin qısaldılmasını əmr etmişdi. Müdafiə naziri İsrael Kats da “Gideonun arabaları 2” adlı hərbi əməliyyat planını təsdiqləyib.