ABŞ iki həftə ərzində Ukraynadakı münaqişənin nizamlanmasının mümkün olub-olmadığını müəyyən etmək niyyətindədir və bundan sonra gələcək siyasətinə qərar verəcək.
1xeber.media xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.
"Mən deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra fərqli yanaşma tələb oluna bilər", - Amerika lideri bildirib.
O, Ukraynada sülhə nail olmaq olarmı sualına belə cavab verib. Ağ Ev rəhbəri bu sualın dəqiq cavabı məlum olanda “mənə xəbər verəcəyinə” söz verib.
Əvvəllər Trampın Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlardan müvəqqəti olaraq uzaqlaşmaq niyyətində olduğu bildirilirdi.