ABŞ prezidenti Donald Tramp polis və hərbçilərlə birlikdə Vaşinqtona şəxsən çıxıb patrul edəcəyinə söz verib.
1xeber.media xəbər verir ki, bnun sözlərini New York Post nəşri sitat gətirir.
"Düşünürəm ki, bu axşam polislə və təbii ki, hərbçilərlə birlikdə çölə çıxacağam. Biz işi görəcəyik", - Amerika lideri bildirib.
Tramp həmçinin ABŞ Milli Qvardiyasını böyük adlandırıb və onları işlərinə görə tərifləyib. Nəşr qeyd edir ki, hazırda Trampın şübhəli şəxslərin saxlanmasına və ya evsiz düşərgələrin dağıdılmasına şəxsən köməklik etməyi planlaşdırıb-qalmadığı aydın deyil.
Avqustun 11-də Ağ Ev rəhbəri küçə cinayətinə görə ABŞ Milli Qvardiyasını Vaşinqtona göndərəcəyini açıqlamışdı.