ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya münasibətini dəyişdirməklə hədələyib.
1xeber.media xəbər verir ki, o, bu barədə Amerika radiostansiyalarından birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, iki həftə ərzində sülh razılaşmasının əldə olunmayacağına qərar verərsə, Rusiyaya münasibətini dəyişməyə hazırdır.
"Mən deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra biz fərqli yanaşmaq məcburiyyətində qalacağıq", - o, Ukraynada sülhün əldə olunmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl Tramp ABŞ-ın keçmiş lideri Riçard Niksonun və SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun fotosu ilə birlikdə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada çəkilmiş şəklini dərc edib. Üst kadrda Nikson ikinci fotoda Xruşşova işarə etdiyi kimi Tramp barmağını Rusiya liderini göstərir.