Suriyanın prezidenti Əhməd əş-Şəraa ölkədə əvvəlki rejimin devrilməsindən sonra “Hizbullah”la mübarizəni davam etdirmək niyyətində olmadığını bəyan edib.
1xeber.media xəbər verir ki,o, bunu ərəb KİV-lərinin nümayəndələri ilə görüşdə bildirib.
“Bizi terrorçu və mövcudluğa təhdid kimi göstərənlər var, bir də var ki, yeni Suriyadan ‘Hizbullah’la haqq-hesab çəkmək üçün istifadə etmək istəyənlər. Biz nə birincilərik, nə də ikincilər”,
– deyə o vurğulayıb.
İki ölkə arasındakı münasibətlərdən danışan əş-Şəraa bildirib ki, Suriya ilə Livan əlaqələri ortaq maraqlar və iqtisadi qərarlar üzərində qurulmalıdır. Onun sözlərinə görə, Beyrut Dəməşqin “dirçəlişindən” faydalanmalıdır.