1xeber.media xəbər verir ki,Macarıstanın xarici işlər naziri Peter Siyyarto Ukrayna prezidenti Zelenskinin “Dostluq” neft kəmərinin mövcudluğunun Budapeştin mövqeyindən asılı olduğu barədə bəyanatını pisləyib.
“Zelenski Ukraynanın milli bayramından istifadə edərək Macarıstana hədə-qorxu gəldi. Biz Ukrayna prezidentinin təhdidlərini qətiyyətlə rədd edirik.
Biz suverenliyi və ərazi bütövlüyünü beynəlxalq siyasətin əsas dəyərləri hesab edirik. Məhz buna görə də biz hər bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik və eyni münasibəti də qarşımızdakından gözləyirik.
Son günlər Ukrayna enerji təchizatı infrastrukturumuza ciddi zərbələr endirib. Enerji təhlükəsizliyinə hücum – suverenliyə hücum deməkdir.
Macarıstanın heç bir əlaqəsinin olmadığı bu müharibə bizim suverenliyimizin pozulmasını heç vaxt haqqlandıra bilməz.
Biz Zelenskini Macarıstana hədə-qorxu gəlib enerji təhlükəsizliyimizə qarşı məsuliyyətsiz hücumlara son qoymağa çağırırıq!” — deyə Siyyarto X sosial şəbəkəsində yazıb