Polşa Prezidenti Karol Navrotski ölkədəki işsiz ukraynalılara sosial ödənişləri nəzərdə tutan qanuna veto qoyub.
1xeber.media xəbər verir ki, bu barədə Navrotski özü açıqlamasında deyib.
Navrotski bildirib ki, ölkəsi ukraynalı qaçqınlara kömək etməyə davam edəcək, lakin son 3.5 ildə vəziyyət dəyişib və qanunvericilik də buna uyğunlaşdırılmalıdır.
Onun sözlərinə görə, hazırda bütün siyasi qüvvələr bu müavinətin yalnız işləyən şəxslərə verilməsinin tərəfdarıdır.
Qeyd edək ki, Polşa ukraynalı qaçqınlara müvəqqəti əsaslarla bir sıra güzəştlər, o cümlədən pulsuz tibbi xidmət və “800+” adlanan aylıq uşaq müavinəti (800 zlotı, təxminən 200 ABŞ dolları) tətbiq etmişdi.