Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskini bəyənmədiyi üçün onunla görüşmək istəmir.
1xeber.media xəbər verir ki, bu fərziyyə ilə ABŞ prezidenti Donald Tramp çıxış edib, videonu Clash Report X sosial şəbəkəsində dərc edib.
"Çünki o [Zelenski] onu sevmir. Onu sevmir", - Amerika lideri Putin və Zelenski arasında görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən etiraf edib.
Qeyd edək ki, daha əvvəl Tramp bildirib ki, Putin Ukraynada sülh istəyir. Onun fikrincə, Rusiya liderinin avqustun 15-də Alyaskaya səfəri ciddi bəyanat idi.