Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Nümunə götürmək üçün tibbi ləvazimatlar”ın satın alınması ilə bağlı “Baycan” MMC ilə müqavilə imzalayıb.
1xeber.media xəbər verir ki, tərəflər arasında 146.210,99 manat məbləğində müqaviləyə imza atılıb.
Qalib şirkətin qanuni təmsilçisi Rübabə İsaqova Əhliman qızı olmaqla, şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Müqavilə çərçivəsində agentlik biotəhlükəli tullantılar üçün torbalar, vakuumlu sınaq şüşəsi ştativi (vakutainer holder), diri heyvanlardan qan nümunəsi götürmək üçün steril gelli probirkalar (minimum son istifadə tarixi 2027-ci il), nümunə qabları, natrium xlor (NaCl) məhlulu, tibbi əlcəklər, vakumlu sınaq şüşələri üçün steril iynələr, steril pambıqlı tyublu və qapaqlı yaxma götürmə vasitələri (SWAB), dezinfeksiya məhlulu və steril iynə ilə birlikdə şprislər də daxil olmaqla müxtəlif tibbi ləvazimatlar alacaq.