Litva Macarıstanın rəyini nəzərə almadan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqlara başlamağı təklif edir.
1xeber.media xəbər verir ki, bu barədə LRT agentliyi litvalı diplomatların məktubuna istinadən məlumat yayıb.
Vilnüsün təklifinə görə, 27 üzv dövlətdən 26-sı Ukrayna ilə danışıqlara başlamağa razı ola bilər və bununla da Budapeştin səsinə məhəl qoymur. Macarıstanın rəsmi icazəsi ölkə hakimiyyətinin mövqeyini dəyişəcəyi təqdirdə daha sonra əldə edilə bilər.
Orada həmçinin bildirilir ki, Macarıstanın baş naziri Viktor Orban sistematik olaraq veto hüququndan istifadə edərək, Ukraynayönlü təşəbbüslərə mane olur.
Məktubda həmçinin Ukraynanın Aİ-yə daxil olması üçün dəqiq tarix - 2030-cu il müəyyən edilib.
Bundan əvvəl Politico ABŞ prezidenti Donald Trampın Viktor Orbanı Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı Budapeştin mövqeyini dəyişməyə inandırdığını yazmışdı. Bildirilir ki, bu, Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski, Aİ və NATO ölkələrinin liderləri ilə görüşdən sonra baş verib.