“Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaları yeniləmək təşəbbüsü heç bir hüquqi qüvvəyə malik olmamalıdır və eskalasiyaya doğru bir addımdır.
1xeber.media xəbər verir ki, bunu avqustun 28-də Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
"Avropa ölkələrinin bu addımının, fikrimizcə, heç bir hüquqi qüvvəsi yoxdur. Bu, sadəcə olaraq, eskalasiya addımıdır. Bu, açıq şəkildə göstərir ki, Qərb ölkələri diplomatiyanın nə olduğunu başa düşmür", - o, jurnalistlərə deyib.
Polyanski vurğulayıb ki, “Avropa üçlüyü”nün sanksiyaları yeniləmək qərarı İranın nüvə proqramı sahəsində beynəlxalq əməkdaşlığı çətinləşdirəcək.