ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının tribunasından dünya liderləri qarşısında çıxış edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.
“Prezident sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış etmək üçün sentyabrın 22-də Nyu-Yorka gedəcək.
Bundan əvvəl məlum olmuşdu ki, sentyabrın 3-də Tramp Ağ Evdə Polşa prezidenti Karol Navroçkini qəbul edəcək. Qeyd olunur ki, bu, Polşa liderinin xaricə ilk səfəri olacaq. Navroçki Vaşinqtondan sonra Roma və Vatikana, daha sonra Litva və Finlandiyaya səfər edəcək.
Avqustun 25-də Tramp Vaşinqtonda Cənubi Koreya prezidenti Li Jae-myung ilə görüşüb. Danışıqlar zamanı Ağ Ev rəhbəri Cənubi Koreyalı həmkarının qələmini yüksək qiymətləndirib və onu hədiyyə edib.