Cümə axşamı Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini çağıraraq ona etiraz notası təqdim edib.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 28-də Postimees qəzeti məlumat yayıb.
“Cümə axşamı, avqustun 28-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini ona etiraz notası vermək üçün çağırıb”, - nəşr yazır.
Qeyd olunur ki, rusiyalı diplomatın çağırılmasına səbəb kimi Avropa İttifaqının Kiyevdəki diplomatik missiyasının binasına ziyan dəyməsi göstərilir.