Qərb Qlobal Cənubla daha effektiv qarşılıqlı fəaliyyətə başlamasa, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinə uduzmuş ola bilər.
1xeber.media xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib, yayımı DRM News YouTube kanalında görmək olar.
Onun fikrincə, ŞƏT-in fəaliyyəti Qlobal Qərbin birliyini pozmaq cəhdidir. “Əgər biz Hindistan kimi ölkələrlə, xüsusən Qlobal Cənub ölkələri ilə daha sıx əməkdaşlıq etməsək və ya layiqli xarici siyasət yürütməsək, bu oyunu uduzacağıq”, - deyə siyasətçi Avropa İttifaqı və ABŞ-a müraciət edib.
O, “çoxqütblülük” yanaşması ilə razılaşmadığını, lakin beynəlxalq əməkdaşlıqda “çoxtərəfliliyin” tərəfdarı olduğunu vurğulayıb.
Daha əvvəl Stubb bildirmişdi ki, ölkə müstəqilliyini qoruyub saxladığı üçün 1944-cü ildə SSRİ ilə müharibədə “qalib gəlib”. Onun sözlərinə görə, Ukrayna hazırda “xaraba, yoxsul və dəstəksiz” Finlandiyadan daha yaxşı vəziyyətdədir.