Husilər İsraildə Baş Qərargah binası da daxil olmaqla 4 hədəfə pilotsuz təyyarələrlə zərbələr endiriblər.
1xeber.media xəbər verir ki, bunu sentyabrın 2-də hərəkatın hərbi sözçüsü Yəhya Sariya husilərə məxsus “Əl Məsirə” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, dronlar Ben Qurion hava limanına, Aşdod dəniz limanına və Tel-Əvivdəki elektrik stansiyasına da hücum ediblər. Husilərin yaratdığı silahlı qüvvələrin sözçüsünə görə, hücumlar “məqsədlərinə uğurla çatdı”.
Onlar həmçinin iki pilotsuz təyyarə və qanadlı raketdən istifadə etməklə Qırmızı dənizdə İsrailə aid MSC ABY gəmisinə raket hücumu edildiyini bildiriblər. Gəmi "birbaşa vuruldu".