1xeber.media xəbər verir ki, Sentyabrın 8-də “The Times of Israel”in mənbələrə istinadən verdiyi məlumata görə, İsrail Hərbi Hava Qüvvələri (IAF) Qəzzada Fələstinin Həmas hərəkatının müşahidə məntəqəsi kimi istifadə etdiyi hündürmərtəbəli binaya zərbə endirib.
Məqalədə deyilir: “İsrail Müdafiə Qüvvələri (IDF) zərbələrdən ən azı birinin HƏMAS-ın müşahidə üçün istifadə etdiyi qülləni vurduğunu təsdiqləyib.
Zərbənin mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün dəqiq idarə olunan hərbi sursatlar və havadan müşahidədən istifadə edilərək həyata keçirildiyi bildirilir.