İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin Qətərə hücumunu son dərəcə təhlükəli və BMT Nizamnaməsinin pozulması adlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 9-da IRNA agentliyi məlumat yayıb.
"Beynəlxalq hüquq nöqteyi-nəzərindən bütün normalar pozulub. Bu, çox təhlükəli aktdır və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsipləri, məqsədləri və normalarının pozulmasıdır", - Baqai deyib.
O, həmçinin qeyd edib ki, İsrail rejiminin bu cür hərəkətləri bütün beynəlxalq norma və qaydaları pozduğu üçün cinayətdir. İran bu hücumu Qətərin milli suverenliyi və ərazi bütövlüyünün pozulması hesab edir.