Yəmənin Ənsar Allah hərəkatının husiləri Təl-Əvivdə bir neçə hədəfə hipersəs ballistik raketlə hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 13-də “Ənsar Allah” hərəkatının Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində məlumat verib.
“Raket işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsində bir neçə həssas hədəfi vurub”, - Saria bildirib.
O əlavə edib ki, bu hücum çoxlu döyüş başlığı olan Fələstin-2 hipersəs ballistik raketindən istifadə edilərək həyata keçirilib. Onun sözlərinə görə, hərbi əməliyyat uğurla keçib və məqsədinə nail olub.