Dünya Alpaqut Federasiyasının (DAF) İdarə Heyəti qurumun idarəetmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirib.
DAF-nin mətbuat xidmətindən verilən məlumata görə, qurultayda federaiyanın yeni rəhbərliyi müəyyənləşib.
Belə ki, növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasının prezidenti vəzifələrinin icrası Emil Rəhimova tapşırılıb.
Yeni İcraiyyə Komitəsinin tərkibi isə aşağıdakı kimi formalaşıb:
1. Emil Rəhimov – federasiya prezidenti (növbəti qurultaya qədər prezident səlahiyyətlərinin icraçısı)
2. Nuran Huseynov - vitse-prezident (İctimai Əlaqələr)
3. Tural Abasguliyev - Araşdırma və İnkişaf vitse-vrezidenti
4. Qüdrət Nuriyev - Maliyyə Departamentinin rəhbəri
5. Yunus Arabaçı - Texniki Direktor
6. Hasan Çağlar - PR və Marketinq Departamentinin rəhbəri
7. Qabil Hüseynov - İdman Departamentinin rəhbəri
8. Rafiq Qasımov - Hakimlər Komitəsinin sədri
9. Betül Altıntaş - Nizam İntizam Komitəsinin sədri
10. Mustafa Gasim Kazem - Nizam İntizam Şöbəsinin müavini
11. Marina Belyaeva - Ayça Sistemi üzrə koordinator
12. Marijus Tumas - Batur Sistemi üzrə koordinator
13. Serdar Aksu - Caymaz Sistemi üzrə Koordinator
14. Amanjol Tuberov - Gurshag Sistemi üzrə koordinator
15. Bülent Büyük - Kachut Sistemi üzrə koordinator
16. Naim Belgin - Avropa qitəsi üzrə nümayəndə
17. Abdel Qaffar Abdelbari - Afrika qitəsi üzrə rəsmi nümayəndə
18. Aziz Jurabayev - Asiya qitəsi üzrə Rəsmi nümayəndə
19. Dr. Saad Maan - Ərəb ölkələri üzrə Rəsmi rümayəndə
20. Ammar Ali Husseyn - Ərəb Ölkələri üzrə danışman
Növbəti qurultayın vaxtı barədə yaxın günlərdə məlumat veriləcək.
Bundan öncə Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.