Rusiyanın beş hava limanında təyyarələrin enmə-qalxması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat yayıb.
O bildirib ki, Soçi, Gelencik, Samara (Kurumoç), Volqoqrad və Saratov (Qaqarin) hava limanlarında təyyarələrin hərəkəti məhdudlaşdırılıb.