Dövlət Dumasının deputatları plenar iclasda Qalina İzotovanın Rusiya Federasiyası Hesablama Palatasının sədr müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul ediblər.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 25-də Dövlət Dumasının saytında məlumat verilib.
Qeyd olunur ki, İzotovanın namizədliyi bundan əvvəl Dövlət Dumasına Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim edilib.
İzotova ilk dəfə 2019-cu il sentyabrın 25-də Hesablama Palatasının sədr müavini vəzifəsinə təyin edilib. Onun birinci səlahiyyət müddəti 2025-ci il sentyabrın 24-də başa çatıb.