Bakıda 13-17 oktyabr tarixlərində yüksəksəviyyəli "D-8 İqlim və Şəhərlər dialoqu" keçiriləcək.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma nazirləri, merlər bir araya gələcək.
"2020–2030-cu illəri əhatə edən 10 illik D-8 inkişaf proqramının icrasında şəhərlərin rolu və təsiri qiymətləndiriləcək", - idarə rəisi bildirib.